DÜNYA 20 XƏBƏR

İsrail Baş Qərargah rəisi ordunun uğursuzluğa düçar olduğunu dedi

İsrail Baş Qərargah rəisi Herzi Halevi İsrail ordusunun oktyabrın 7-də uğursuzluğa düçar olduğunu deyib.

32gun.az xəbər verir ki, Baş Qərargah rəisi  İsrailin şimalında keçirdiyi mətbuat konfransında gündəmlə bağlı qiymətləndirmələr edib.

İsrail ordusunun blokadada olan Qəzza zolağına hücumlara hazır olduğunu deyən Halevi, hazırlıqları nəzərdən keçirmək üçün qarşıdurmalarda "humanitar fasilə"dən istifadə etdiklərini bildirib. Halevi bildirib ki, Qəzzada bütün əsirlər azad edilənə qədər İsrail ordusu dayanmayacaq. Ordunun HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadalarının oktyabrın 7-də hücum planları ilə bağlı kəşfiyyat məlumatlarına malik olduğu, lakin yüksək rütbəli zabitlərin tabeliyində olanların xəbərdarlığına böyük ölçüdə məhəl qoymadığına dair bəzi xəbərlərə gələn Halevi, hər şeyin təhqiqatdan sonra araşdırılacağını bildirib.

Oktyabrın 7-də Hərbi Kəşfiyyat İdarəsi də daxil olmaqla İsrail ordusunun uğursuzluğa düçar olduğu mesajını təkrarlayan Halevi bununla bağlı ciddi araşdırmalar aparılacağını, lakin hələlik Qəzzaya hücumlara diqqət yetirməli olduqlarını müdafiə edib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər