DÜNYA 20 XƏBƏR

Ukrayna Silahlı Qüvvələrinin zəhərlədiyi məhsullar səbəbindən 15 nəfər ölüb

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov Ukrayna ordusunun qida məhsullarını zəhərləmək üçün kimyəvi silahdan istifadə etdiyini iddia edib.

32gun.az xəbər verir ki,  İqor Kirillov 3-cü Gənc Alimlər Konqresindəki çıxışında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun müharibə zamanı kimyəvi silahdan istifadə etdiyini iddia edən Kirillov, "Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlar zamanı 17 dəfə qida məhsullarını zəhərləmək üçün kimyəvi silah komponentlərindən istifadə etdiyi müəyyən olunub. Bu, ən azı 15 nəfərin ölümünə səbəb olub", - deyib.

Kirillov bildirib ki, sözügedən kimyəvi komponentlər bahadır və yalnız bir ölkədə istehsal olunur.

Aysel Şirinova


 

 

Loading...

Oxşar Xəbərlər