DÜNYA 20 XƏBƏR

Türkiyə Qəzzaya yardım təyyarəsi göndərdi

Türkiyədən Qəzzaya dərman və tibbi ləvazimat daşıyan hərbi təyyarə Kayseri hava limanından Misirin Əl-Ariş hava limanına yola düşüb.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata əsasən təxminən 8 ton dərman və tibbi ləvazimat  Milli Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanlığına aid C-130 Hercules tipli təyyarə, aralarında mütəxəssis həkim və tibb bacıları da daxil olmaqla 9 səhiyyə işçisi ilə saat 08:00-da Əl-Ariş hava limanına doğru qalxıb.

Qeyd edək ki, bu günə qədər Türkiyədən Qəzzaya 11 təyyarə, bir gəmi, təxminən 700 ton humanitar yardım və tibbi ləvazimatlar, 8 səhra xəstəxanası və 20 təcili yardım maşını El Arişə gəlib.

Aysel Şirinova

Loading...

Oxşar Xəbərlər