DÜNYA

38 yaşlı qadın ərini öldürdü - Səbəbi dəhşətə gətirdi

Hindistanda 38 yaşlı kişi öldürülüb. Kişini həyat yoldaşı ad günündə onu Dubaya (BƏƏ) aparmaq istəmədiyi üçün öldürüb. 

32gun.az sfera-ya istinadən bildirir ki, Hindistan hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə Vanvadi ərazisində baş verib. Polisin verdiyi məlumata görə, ölən Nikhil Xanna daşınmaz əmlak agenti olub. 

İstintaq zamanı məlum olub ki, mərhumun 36 yaşlı həyat yoldaşı Renukanın sentyabrın 18-də doğum günü olub. O, doğum gününü Dubayda qeyd etmək istəyib, lakin həyat yoldaşı onun xahişini yerinə yetirməyib. Bundan başqa noyabrın 5-də cütlüyün evlilik ildönümü olub. Bu zaman da həyat yoldaşı qadına hədiyyə almayıb. Daha sonra qadın bir qohumunun ad günündə paytaxt  Dehliyə getmək istəyib, lakin əri ona icazə verməyib. 

Noyabrın 24-də cütlük bu məsələlərə görə şiddətli mübahisə edib. Qadın qəzəblənərək ərinə zərbə endirib. Güclü qanaxma nəticəsində kişi huşunu itirib. 

Qonşular hadisə barədə məlumat verdikdən sonra polis dərhal hadisə yerinə gəlib. Kişi təcili olaraq xəstəxanaya çatdırılsa da, artıq dünyasını dəyişib. 

Hazırda qadının ərini yalnız yumruqla, yoxsa başqa əşya ilə də vurub-vurmadığı müəyyənləşdirilir. Polisin sözlərinə görə, ölümün dəqiq səbəbi yalnız ekspertizanın nəticəsindən sonra məlum olacaq

Loading...

Oxşar Xəbərlər