DİGƏR

DİQQƏT! Bu yolla infarkt riskini azalda bilərsiniz

Qripə qarşı peyvənd olunmaq infarkt riskini 26% azalda bilər.

Bu barədə "Scientific Reports"da məlumat dərc olunub.

Alimlər orta yaşı 61 olan 9059 xəstənin məlumatlarını təhlil ediblər. Peyvənd olunanların infarkt keçirmə ehtimalı 26%, ürək-damar xəstəliklərindən ölmə ehtimalı isə 33% azalıb.

Qrip infeksiyası qan damarlarında yağ və xolesterolun yığılmasına kömək edən sistemik iltihaba səbəb ola bilər. 

Tədqiqat mövsümi qrip peyvəndlərinin 65 yaşdan yuxarı insanlar üçün xüsusilə vacib olduğunu təsdiqləyib. "UnikaI"

Loading...

Oxşar Xəbərlər