DİGƏR

Uzun iş saatları psixi sağlamlığa zərər verir

35 saatdan çox iş həftəsi yaşlı insanlarda depressiya əlamətlərinin yaranmasına səbəb olur.

"Unikal" xəbər verir ki, bu barədə Seul Milli Universitetinin (Cənubi Koreya) tədqiqatçıları araşdırma aparıblar. Tədqiqatın nəticələri "BMC Public Health" jurnalında dərc olunub.  

Araşdırmada yaşı 55-dən yuxarı olan 5,7 mindən çox könüllünün iştirak etdiyi qeyd edilir. Alimlər işdə sərf olunan vaxtın sağlam qocalmağa nə qədər töhfə verdiyini öyrənməyə çalışıblar. İşsizlik emosional stressin səbəbi ola bilər, lakin çox intensiv və uzun müddət işləmək də faydalı deyil.

Elm nümayəndələri könüllülərin məşğulluğu və onların sosial həyatının keyfiyyəti ilə bağlı məlumatlar toplayıblar. Bundan əlavə, subyektlərdən depressiya əlamətlərini müəyyən etmək üçün xüsusi anketlər doldurmaq istənilib. İş vaxtı, sosial aktivlik və depressiv simptomlar arasındakı əlaqə çoxvariantlı logistik reqressiya təhlilindən istifadə etməklə qiymətləndirilib. Bundan əlavə, yaş, cins, ailə vəziyyəti, uşaqlarının və həyat yoldaşının olması, o cümlədən təhsil və gəlir səviyyələri, yaşayış yeri, dini inancları və daşınmaz əmlaka sahiblik də nəzərə alınıb.

Nəticələr, həftədə 35 saatdan çox işləyən yaşlı insanların depressiya əlamətlərini daha çox hiss etdiyini müəyyən edib. Ümumiyyətlə, işləyənlərin psixi sağlamlığının yarandığı bildirilib. 

Loading...

Oxşar Xəbərlər