EKONOMİKS

"VIVA" şirniyyat evi cərimə olunur

"VIVA" şirniyyat evi barəsində cərimə protokol tərtib edilib. 

32gun.az Valyuta.az-a verdiyi məlumata görə, "VİVA DESSERTS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Yol Hərəkəti Qaydalari Əleyhinə Olan Inzibati Xətalar - 339.1 maddəsi ilə protokol irəli sürülüb.

339.1 maddəyə əsasən, görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyatvasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayeva sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, şirkət avtomobilləri mütəmadi olaraq sözügedən maddə ilə cərimələnir. 

Loading...

Oxşar Xəbərlər