MƏDƏNİYYƏT - ŞOU

"Aygün Kazımovadan sonra sıra ondadır..." - Xakerin yeni hədəfi Bayram Nurlu

Xəbər verdiyimiz kimi, dünən Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan "İnstaqram" hesabı bilinməyən şəxs və ya şəxslər tərəfindən ələ keçirilib, bütün paylaşımları silinib.

32gun.az xəbər verir ki, sözügedən xaker paylaşım edərək "Bayram Nurlu" adı ilə tanınan Bayraməli Musayevin hesabını ələ keçirmək istədiyini elan edib.

Ümumiyyətlə, son vaxtlar bir çox məşhur şəxslərin, xüsusilə, müğənnilərin sosial şəbəkə hesablarına kiber hücumlar təşkil edilir.

Lakin bu hadisələrin hansı məqsədlə edildiyi hələ ki məlum deyil.

 

Loading...

Oxşar Xəbərlər