KRİMİNAL

Şagirdi məktəbin qarşısında bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB (FOTOLAR)

Gəncədə məktəbin qarşısında şagirdi bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov "32gun.az"a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R. Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub.

Onun sözlərinə görə, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında XI sinif şagirdi Raul Rəhimov Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin önündə bıçaqlanaraq öldürülüb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, 17 yaşlı yeniyetmə naməlum şəxs tərəfindən qətl edilib. 

Yaxınları Raulun hər hansı problemi və ya düşməninin olmadığını bildirib. 

Onun özündən böyük bir qardaşı var. 

***10:16

Gəncədə şagirdin məktəbin önündə bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Bu barədə "32gun.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

***

09:55

Yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.

32gun.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

Loading...

Oxşar Xəbərlər