MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Kıcanç Tatlıtuğ boşanır? - Görüntülər sosial şəbəkədə yayılıb

"Ailə" serialında baş rolu Serenay Sarıkaya ilə paylaşan Kıvanç Tatlıtuğ həm şəxsi həyatı, həm də karyerası ilə gündəmdən düşmür.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyorun boşanması ilə bağlı yenidən iddialar gündəmə gəlib.

İddiaya görə, Başak Dizeri “Ailə” serialında baş rolları paylaşan Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun yaxınlığı narahat edib.

Tatlıtuğun bu mövzuda həyat yoldaşına söz verdiyi və sevişmə səhnələrinin olmayacağı dediyi iddia edilib.

Tatlıtuğ Sarıkayaya yaxınlaşdığı səhnəni canlandırıb. Lakin aktyor Tatlıtuğ prodüser qrupundan bu səhnəni yayımlamamağı xahiş edib. Həmin səhnənin sosial şəbəkədə paylaşıldığı və Tatlıtuğun paylaşımları gördüyü iddia edilib.

Səhnənin sızdığını görən Tatlıtuğun "Bir daha sizinlə işləməyəcəyəm, təbrik edirəm, indi sizin sayənizdə boşana bilərəm" dediyi iddia edilir.
 

Xatırladaq ki, bundan öncə Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizerin boşanacağı iddia edilmişdi. Hadisənin mərkəzində yenə Serenay Sarıkaya olub. Lakin Tatlıtuğ iddialara dərhal cavab verib. "Söylemezsem Olmaz" verilişinə verdiyi açıqlamada "Həm evdə, həm də çəkiliş meydançasında yüksək  əhval-ruhiyyədəyik. Hər layihədə təkrarlanan bu saxta maqazin xəbərlərini nəzərə almırıq" demişdi.

2016-cı ildə Başak Dizerlə ailə quran yaraşıqlı aktyor Kıvanç Tatlıtuğ oğlu Kurt Efe ilə ata olmaq sevincini yaşayıb. Uğurlu layihələri ilə adından söz etdirən Kıvanç Tatlıtuğ ailə həyatı ilə də pərəstişkarlarından tərif alır.

Nilay

Loading...

Oxşar Xəbərlər