KRİMİNAL

Ötən il qeydə alınan intihar hallarının sayı açıqlanıb

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.

"32gun.az" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:

“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. İki iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

Loading...

Oxşar Xəbərlər