KRİMİNAL 20 XƏBƏR

Dayanacaq mübahisəsinə görə törədilən qətllə bağlı 6 nəfər həbs edildi

Moskvanın Zamoskvoretski Məhkəməsi  Kirill Kovalevin qətli üzrə iş üzrə dayanacaq mübahisəsinə görə altıncı müttəhim Şöhrət Abbasovu həbs edib.

32gun.az bildirir ki, bu barədə TASS məlumat yayıb .

Nəşr qeyd edir ki, Zamoskvoretski Rayon Məhkəməsinin qərarı ilə ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib və Abbasov Şöhrət Nizami oğlunun barəsində iyunun 18-dək həbs qətimkan tədbiri seçilib.

Bundan əvvəl məlum olub ki, istintaq Moskvanın cənub-şərqində Kirill Kovalevin qətlində yeddinci şübhəlini müəyyənləşdirib .

Bundan əvvəl Moskvanın Zamoskvoretski Məhkəməsi moskvalı Kirill Kovalevi qətlə yetirməkdə şübhəli bilinən Şahin Abbasovun əmisi Bəxtiyar Abbasovu iyunun 18-dək həbs edib .

Aprelin 17-də axşam saatlarında Azərbaycan vətəndaşı 21 yaşlı Şahin Abbasov avtomobilini Krasnodarskaya küçəsindəki evlərin birinin girişində səkidə saxlayıb. 24 yaşlı yerli sakin Kirill Kovalev gənc oğlana irad bildirib, bundan sonra müstəntiqlərin fikrincə, Abbasov həmin şəxsi döyərək bıçaqlayıb , sonra isə yoxa çıxıb. O, Rostov vilayətində saxlanılıb.

Aprelin 22-də Zamoskvoretski Rayon Məhkəməsi Şahin Abbasovu 2 ay müddətinə həbs edib. O, günahını etiraf etməyib .
Ayxan 

Loading...

Oxşar Xəbərlər