SOSIAL

Əlilliyi olan uşaq və gənclər "Təbiət Gəzintisində" - FOTO

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyə dəstəyi ilə " Əlilliyi olan uşaq və Gənclərin idmana inteqrasiyası İctimai Birliyinin, "Təbiət Gəzintisində" Düşərgə layihəsi Lənkaran şəhərində  həyata keçirilib.

32gun.az xəbər verir ki, layihə 3 ay icra olaraq, 4 gün 3 gecə təşkil edilib.

Layihədə 30 nəfərdən çox fiziki məhdudiyyətli gənclər və valdeyinləri iştrak etdilər. Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İctimai Birliyinin sədri və layihə rəhbəri Aynur Məmmədova deyir ki, Layihənin məqsədi əlilliyi olan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, özünə qapanan, kompelks və psixoloji sarsıntılar yaşayan  gənclərin problemlərini aradan qaldırmaq, cəmiyyətə inteqrasiya etmək, özlərini kompleksiz təqdim  etmə bacarığını onlara öyrətmək, özünə güvən hissi yaratmaq, ünsiyyət qurma bacarığlarında dəstək olmaq, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.  
Layihə çərçivəsində gənclərimizə rəsm və əl işlərinin öyrədilməsi təlimləri keçirilib.

Həmçının gənclər düşərgədə qaldığı günlərdə, Lənkəran Dövlət Dram  Teatrında "Cəsus" tamaşısına,  Lənkəran Tarix  Diyarşünaslıq muzeyidə eksponatlarla da  tanış olublar. Fiziki məhdudiyyətli gənclər ilk dəfə olaraq, qış fəsilində təbiət  gəzintisinə qoşularaq, açıq havada gəziblər. Düşərgə gənclərə çox müsbət enerji və özünə güvən hisinin artırılmasında böyük rol oynayıb. Çünkü fiziki məhdudiyyətli gənclər arasında elə oğlan və qızlar var idi ki, onlar heç bir vaxt komplekslərinə görə rahat şəkildə nə özlərini cəmiyyət arasında təqdim edib,  nə də rəqs etmişdilər.
Bu düşərgənin həyata keçməsində əməyi keçən hər kəsə,  başda Gənclər Fondu və kollektivi olamaqla öz adımdan və valdeyinlər adından təşəkkürmüzü bildiririk.
Belə layihələrin davamlı olması gənclərin maarifləndirməsində böyuk rol oynayır.

Loading...

Oxşar Xəbərlər