DÜNYA 20 XƏBƏR

“Rusiya ordusu 12 hava hədəfini vurub”

Rusiya hava hücumundan müdafiə sistemləri Belqoroda yaxınlaşarkən 12 hava hədəfini vurub.

32gun.az bildirir ki, bu  barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında danışıb .

“Bizim hava hücumundan müdafiə sistemimiz Belqorod və Belqorod vilayəti üzərində işləyirdi. Belqorod vilayətində Novosadovy, Razumnoye və Blijnaya İqumenka kəndlərində 9 fərdi yaşayış evində müxtəlif dağıntılar qeydə alınıb. Həmçinin 3 avtomobilə ziyan dəyib, tikilməkdə olan uşaq bağçasının dam örtüyü sınıb”, - deyə məlumatda bildirilir. 
⠀ 
Qladkov onu da qeyd edib ki, bütün əməliyyat xidmətləri yerində işləyir. Dəymiş ziyanın həcmi barədə məlumat dəqiqləşdirilir.

Fevralın 7-də Qladkov bildirdi ki, Belqorod və Belqorod vilayəti üzərində hava hücumundan müdafiə sistemi işə salınıb - şəhərə yaxınlaşarkən yeddi hava hədəfi vurulub və yerdə fəsadlar var. İki nəfər yaralanıb.
Ayxan

Loading...

Oxşar Xəbərlər