DÜNYA 20 XƏBƏR

Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə şübhəli bilinib

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilindiyi üçün istintaqa cəlb edilib.

32gun.az bildirir ki, bu barədə "El Pais" yazıb .

Keçmiş dövlət başçısı Lula da Silvanın prezident seçkilərində qalib gəlməsindən sonra 2023-cü il yanvarın 8-də minlərlə tərəfdarı küçələrə çıxanda dövlət çevrilişinə cəhddə şübhəli bilinir.

Materialda qeyd olunur ki, istintaq davam edərkən Bolsonaronun Braziliyanı tərk etməsi qadağan edilib. Bundan əlavə, o, prezident olarkən Səudiyyə Ərəbistanının kral ailəsi tərəfindən ona verilmiş zinət əşyalarını mənimsəmək niyyətində də ittiham olunur - deyə "El Pais" yazıb. 

Bundan əvvəl Braziliya məhkəməsi Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronu 2030-cu ilə qədər seçilmək hüququndan məhrum edib .

“Ali Seçki Məhkəməsi beş lehinə və iki əleyhinə səs verərək Bolsonaronun 2030-cu ilə qədər seçkilərdə iştirakına qadağa qoyub”, - hesabatda deyilib.

2026-cı ildə keçiriləcək növbəti prezident seçkilərində Bolsonaro namizəd kimi çıxış edə bilməyəcək.

Ayxan

Loading...

Oxşar Xəbərlər