DÜNYA 20 XƏBƏR

Kim Çen In Cənubi Koreyanı işğal etməyə hazır olduğunu açıqlayıb

KXDR Koreya Respublikasını özünün daimi əsas düşməni hesab edib və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazır olduğunu bildirib.

32gun.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verib.

Məlumatda bildirilir ki, bu bəyanatla Şimali Koreya lideri Kim Çen In çıxış edib. 

"Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanmasının və qarşıdurmasının tarixini yekunlaşdırdı" deyə Kim Çen In deyib. 

O, “Cənubi Koreyalı kuklaları” ölkənin daimi əsas düşməni adlandırıb. Şimali Koreya liderinin sözlərinə görə, onların ərazilərinin işğalı ilə bağlı qərar fövqəladə vəziyyət yarandıqda veriləcək.

Fevralın əvvəlində Kim Çen In KXDR donanmasını müharibəyə hazırlaşmağa və ölkənin dəniz suverenliyini müdafiə etməyə çağırıb .

Bundan əvvəl Şimali Koreya qərb sahillərindən qanadlı raketlər buraxmışdı. Hərbçilərin məlumatına görə, KXDR raketləri fevralın 2-də saat 11:00-da (Moskva vaxtı ilə 05:00) buraxıb. Nə qədər mərmi atıldığı açıqlanmayıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər