DÜNYA 20 XƏBƏR

100 minə prezident administrasiyasına işə düzəldəcəklərini dedilər - Sonda görün nə oldu

Moskvada bir nəfər fırıldaqçıların qurbanı olmaqdan son anda qurutulub.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, bir nəfər moskvalı yaxşı bir mövqe tutmaq istəyib. Buna görə də o əlaqələrini işə salaraq ona kömək edəcək şəxslər tapmağa çalışıb.

Nəticədə naməlum şəxslər onu 100 min avroya (təxminən 10 milyon rubl) prezident administrasiyasına yerləşdirəcəklərini vəd ediblər.

Fırıldaqçılar planı kişi ilə uzun müddət müzakirə ediblər. Nə vaxtsa moskvalı onu aldatmağa çalışdıqlarını anlayıb və müstəntiqlərlə əlaqə saxlayıb.

Şübhəlilər restoranda pul təhvil verərkən saxlanılıb. İstintaq əməkdaşları hesab edirlər ki, şübhəlilərin əvvəlcə moskvalını vəzifə üçün işə götürmək imkanları olmayıb. 

Ayxan 

Loading...

Oxşar Xəbərlər