DÜNYA 20 XƏBƏR

Kiyevin mərkəzində Zalujnının qaytarılması tələbi ilə mitinq keçirilib

Kiyevin mərkəzində, Müstəqillik meydanında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının istefasına qarşı mitinq keçirilib.

32gun.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Mesajda mitinqdə 50-70 nəfərin iştirak etdiyi dəqiqləşdirilir. Etirazçılar “Zelenskini çıxarın” və “General Zalujnı geri qaytarın” şüarları səsləndiriblər. Aksiyanın sakit keçdiyi, iştirakçılar arasında hərbçilərin görünmədiyi bildirilir.

Xatırladaq ki, Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Zalujnı vəzifəsindən azad edib. Onun yerinə isə Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib. O, əsas vəzifəsinin “Ukrayna əsgərlərinin həyatını xilas etmək” olacağını bildirib və Zelenskiyə 2024-cü il üçün fəaliyyət planını təqdim edib.

Ayxan

Loading...

Oxşar Xəbərlər