DÜNYA 20 XƏBƏR

FİLM KİMİ OLAY: Evin altında 40 m dərinlikdə quyu qazıb, xəzinə axtardılar - FOTO

Kırklarelinin Pehlivanköy səmtində filmləri xatırladan hadisə yaşanıb.

32gun.az Türkiyə Kİv-nə istinadən bildirir ki, xəzinə axtarmaq üçün evin altında 40 metr dərinlikdə quyu qazaraq lift sistemi quran 5 şübhəli yaxalanıb.

Bildirilir ki polis əməkdaşları əməliyyat keçirərək, evin altında quyu qazıldığını və xəzinə axtardığını üzə çıxarıb.

Evə baxış zamanı dərinliyi 40 metr olan quyu, orada quraşdırılmış lift sistemi, o cümlədən əl detektoru, 5 çəngəl, 3 balta, 3 qaz maskası, 3 baş məşəli, 1 kəndir, 1 sualtı nasos götürülüb. 

İcazəsiz xəzinə axtarışı ittihamı ilə saxlanılan 5 şübhəli barəsində qanuni iş başlanıb.

Ayxan 

Loading...

Oxşar Xəbərlər