DÜNYA 20 XƏBƏR

Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini əvəz edib

Ukrayna prezidenti Vladimir Zelenski Sergey Şaptalanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (AFU) vəzifəsindən azad edib.

32gun.az bildirir ki, bu barədə "Telegram" kanalında məlumat yayıb.

O, Şaptala Rusiya-Ukrayna münaqişəsinin iki ili ərzində göstərdiyi xidmətə görə təşəkkür edib.

Zelenski əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin təklifi ilə ərazi müdafiə qüvvələrinə komandanlıq edən general-mayor Anatoli Bargileviç Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Fevralın 8-də Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı əvəz edərək , onun yerinə şərq cəbhəsində Ukrayna qoşunları qrupunun komandiri, general-polkovnik Aleksandr Sırskini təyin edib. Bildirilib ki, Zalujnıya Ukraynanın  Böyük Britaniyadakı səfiri vəzifəsi təklif olunub , lakin o, bundan imtina edib.

Zelenski həmçinin bildirib ki, Zalujnı ilə Ukrayna Silahlı Qüvvələrində gələcək yenilikləri müzakirə edib.

Politoloq Yuri Kot bəyan edib ki, Valeri Zalujnının istefasından sonra Ukraynada dövlət çevrilişi baş verə bilər. O xatırladıb ki, Zalujnı ABŞ-ın himayədarıdır . Vaşinqton , ekspertin fikrincə, şübhəli rahatlıqla öz adamının işdən çıxarılması ilə razılaşıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər