KRİMİNAL

Ailəsini öldürən Əhmədin son halı: barmaqlar qırılıb, ayağı...- FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Xətai Rayon Məhkəməsi ata-anası, qardaşı, bacısı və bacısının körpəsini öldürməkdə şübhəli bilinən Əhməd Əhmədov haqda istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçib.

32gun.az Axar.az-a istinadla xəbər verir ki, məhkəmədən çıxarılarkən Əhməd Əhmədovun barmaqlarının yaralandığı diqqət çəkib. Eyni zamanda, ayaqqabısının köhnəldiyi, sağ ayağının baş barmağının çöldə qaldığı görünür.

Əhmədovun heç də “cüssəli” olmadığı da üzə çıxıb.

Ehtimal olunur ki, əli qətliamı həyata keçirərkən zədələnib.

****
Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov saxlanılma anının fotosu yayılıb.

Bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.  

 

Loading...

Oxşar Xəbərlər