DÜNYA 20 XƏBƏR

Məktəbin direktor müavini 9-cu sinif şagirdinə təcavüz etdi - Öz qohumu imiş...

Dağıstanda 9-cu sinif şagirdi məktəbin direktor müavinini təcavüzdə ittiham edib.

32gun.az xəbər verir ki, bu barədə "Baza" telegram kanalı məlumat yayıb.

Hadisə Kazbekovski rayonunun Kalininaul kəndində baş verib. Qız iddia edir ki, hazırda təhlükəsizlik üzrə direktor müavini vəzifəsini tutan məktəbin keçmiş direktoru kabineti kilidləyərək onu narahat etməyə, qeyri-etik hərəkətlər erməyə başlayıb.

Həmin şəxs tələbənin ittihamlarını rədd edib. Onun versiyasına görə, qızın özü ailədəki problemlərdən danışmaq üçün ofisinə gəlib. "Telegram" kanalının məlumatına görə, zərərçəkən və şübhəli şəxs uzaq qohumdur.

Məktəbli qızın yaxınları deyir ki, kişi qalmaqalı ört-basdır etməyə çalışsa da, yenə də polisə ifadə verib. Hazırda iş üzrə İstintaq Komitəsinin əməkdaşları işləyir.

Nilay

Loading...

Oxşar Xəbərlər