DÜNYA 20 XƏBƏR

Danimarka minalardan təmizləmə və dronların tədarükü sahəsində Ukraynaya kömək edəcək

Danimarkanın müdafiə naziri Truels Lund Poulsen Brüsseldə NATO-nun müdafiə rəhbərlərinin görüşündə Ukraynaya ərazinin minalardan təmizlənməsində yardımın davam etdirilməsinə dair niyyət bəyannaməsini imzalayıb.

32gun.az xəbər verie ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Danimarka Ukrayna ordusunun mühəndislik və minatəmizləmə imkanlarını artırmaq üçün minalardan təmizləməyə yardım göstərən Litvanın rəhbərlik etdiyi ölkələrin koalisiyasına qoşulub, press-relizdə qeyd olunur.

Danimarkanın müdafiə naziri həmçinin Ukraynaya pilotsuz təyyarələrin tədarükünü artırmaq məqsədi daşıyan Ukrayna Müdafiə Əlaqə Qrupu (UDCG) çərçivəsində Latviyanın başçılıq etdiyi pilotsuz uçuş aparatları koalisiyasında iştirakla bağlı niyyət bəyannaməsini imzalayıb. UDCG-yə Kiyevi “müxtəlif formada hərbi yardımla” dəstəkləyən 50-dən çox ölkə daxildir.

Ayxan

Loading...

Oxşar Xəbərlər