DÜNYA 20 XƏBƏR

Kişi onu danlayan qadının mənzilinin qapısını yandırıb - QƏRİBƏ HADİSƏ

Leninsk-Kuznetskidə gənc oğlan yerli sakinlə münaqişə zəminində girişdə yanğın törədib.

32gun.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin  Kemerovo vilayəti üzrə Baş İdarəsindən məlumat verilib .

Yanvar ayında 42 yaşlı yerli sakin naməlum şəxsin onun mənzilinin giriş qapısını zədələməsindən sonra polisə müraciət edib. O, dəymiş ziyanı 36 min rubl qiymətləndirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədə 20 yaşlı Polisayev sakininin olduğunu müəyyən ediblər.

Bir gün əvvəl gənc bir qrup dostu ilə vaxt keçirib. Gənclər qurbanın girişinin yanında yüksək səslə danışır və musiqi dinləyirdilər. Ev sakinlərindən biri onların ünvanına irad tutub, buna məhəl qoyulmayıb.

Daha sonra qadın pəncərədən aranı qarışdıranların üzərinə su töküb. Bundan sonra incimiş Kuzbass sakini mənzilinin giriş qapısını yandırıb.

O, başqasının əmlakına qəsdən ziyan vurmaqda ittiham olunub. İndi müttəhim beş ilə qədər həbs edilə bilər. Tezliklə onun işinə məhkəmədə baxılacaq.

Ayxan 
 

Loading...

Oxşar Xəbərlər