DÜNYA 20 XƏBƏR

İş adamı qeyri-qanuni yolla pul əldə etdiyinə görə həbs olundu

Tbilisi məhkəməsi yerli iş adamını qanunsuz gəlirlərin yuyulması ittihamı ilə cəzalandırıb

Məhkum iş adamının qanunsuz olaraq mənimsədiyi gəlir iki milyon dollara yaxın qiymətləndirilib.

32gun.az xəbər verir ki, Gürcüstan Prokurorluğu səhm alarkən Honq-Konqda direktorlardan biri ilə əlaqə qurarkən külli miqdarda gəliri dələduzluq yolu ilə mənimsəmiş biznesmenin barəsində Tbilisi şəhər məhkəməsinin çıxardığı hökm barədə məlumat verib .

Nüfuzlu hüquqi şəxsin adından fəaliyyət göstərən sahibkarın rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri qanunsuz yollarla ümumilikdə 13 milyon ABŞ dolları məbləğində vəsait əldə etməyə nail olublar.

İki milyonu Gürcüstandakı bank hesablarına yatırıb və öz aralarında bölüşdürüblər. Pul köçürmələri qondarma ödənişlər və saxta sənədlərlə həyata keçirilib. Nəhayət sübutlar toplandıqdan sonra baş qəhrəman on il müddətinə azadlıqdan məhrum edilib.

 

Loading...

Oxşar Xəbərlər