DÜNYA 20 XƏBƏR

Məktəb tikilən yerdən əl qumbarası tapılıb

Sankt-Peterburqun Vıborq rayonunda tikinti sahəsinə partlayıcı qurğular üzrə ekspertlər çağırılıb.

32gun.az Rusiya KİV-nə istinadən bildirir ki, qarajların sökülməsi zamanı əl qumbarası bənzər şübhəli əşya aşkar edilib.

Bildirilir ki, hazırda orada məktəb tikintisi üçün qaraj qutuları sökülürmüş. Elə bu zaman  onlardan birinin döşəməsinin altından əl qumbarası korpusu tapılıb.
Sankt-Peterburq Rusiya Qvardiyasının Baş İdarəsi təsdiq edib ki, hadisə yerinə Bastion çevik polisinin mütəxəssisləri gedib.
Onlar müəyyən ediblər ki, qarajdan tapılan əşya yalnız F-1 qumbarasının maketi olub və heç bir təhlükə yaratmayıb.

Ayxan 

Loading...

Oxşar Xəbərlər