DÜNYA 20 XƏBƏR

Çexiya Ukraynanın minalardan təmizlənməsi üzrə beynəlxalq koalisiyaya qoşulacaq

Çexiya Ukraynada minaları təmizləmək üçün 20 ölkədən ibarət koalisiyaya qoşulacaq.

32gun.az bildiror ki, bu barədə CTK xəbər agentliyi respublikanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Beynəlxalq koalisiya yaratmaq niyyəti haqqında sazişi Brüsseldə Çexiyanın müdafiə naziri Yana Çernoxova imzalayıb.
"Müharibə nəticəsində Ukraynada böyük ərazilər minalanıb. Çexiya bu il bir neçə onlarla ukraynalı istehkamçı hazırlamağı təklif edir", - deyə agentlik nazirlikdən bildirilib. 

Litvanın başçılıq etdiyi koalisiyada iştirak edən ölkələr maliyyə vəsaitləri, maddi hədiyyələr göndərməklə və istehkamçılara təlim verməklə Ukraynaya ərazinin minalardan təmizlənməsinə kömək etmək niyyətindədirlər.

Ayxan 

Loading...

Oxşar Xəbərlər