DÜNYA 20 XƏBƏR

Ukrayna F-16-ların bazası üçün NATO aerodromlarından istifadə edə bilməyəcək

 

Kiyev F-16-ların bazası üçün NATO aerodromlarından istifadə edə bilməyəcək .

32gun.az bildirir ki, “Kiyev-24” telekanalının efirində Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib .

“Hər bir ölkə və hökumət öz təhlükəsizliyini düşünür, xüsusən də ölkə NATO-da olarkən bu, kollektiv təhlükəsizlik çərçivəsində çətin ki, mümkün olsun”, -deyə  o bildirib.

Bu yaxınlarda Niderland Krallığının Müdafiə Nazirliyinin rəhbəri Kaisa Ollonqren Hollandiyanın altı F-16 qırıcısını Ukraynaya təhvil verməyə hazırlaşdığını açıqlayıb.

Rusiyanın Haaqadakı  səfirliyi bəyan edib ki, Rusiya Hollandiya hakimiyyətinin Ukraynaya əlavə altı yüngül F-16 qırıcısı göndərmək planlarını düşmənçilik kimi qiymətləndirir və bunun ciddi nəticələri barədə xəbərdarlıq edir.

Departament hesab edir ki, Ukraynaya döyüş təyyarələrinin tədarükü mənasızdır, çünki onlar döyüş meydanındakı fəaliyyətin gedişatına əsaslı təsir göstərə bilməyəcək və Rusiya Federasiyası ilə NATO qüvvələri arasında birbaşa toqquşmaya səbəb ola bilməyəcək.

Nilay 

Loading...

Oxşar Xəbərlər