DÜNYA 20 XƏBƏR

Kişi sevgilisinin başına təpik vurub, kor edib

Kurqan vilayətində sevgilisinin gözünü itirməsinə səbəb olan kişi məhkum edilib.

32gun.az xəbər verir ki, bu barədə rayon məhkəməsinin saytında məlumat verilib. 

Bildirilir ki, Noyabr ayında Petuxovski rayonunun sakini şəxsi evin eyvanında sevgilisi ilə mübahisə edib. O, sərxoş olub və bir anda qadının başına təpik vurub. Zərərçəkmiş xəstəxanaya aparılıb və həkimlər onun gözünü çıxarmalı olublar. Hücum edən şəxs barəsində qəsdən insan sağlamlığına ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə təqsirləndirilən şəxsi cinayət törətməkdə təqsirli bilib. Cəza olaraq o, il yarımı ümumi rejimli islah koloniyasında keçirəcək.
Qeyd olunduğu kimi, hakim işdə yüngülləşdirici hallar - təqsirləndirilən şəxsin təqsirini boynuna alması, gözünü itirmiş qadından üzr istəməsi, habelə istintaqa fəal köməklik göstərib.

Ayxan

Loading...

Oxşar Xəbərlər