İDMAN

DTX bu klubun futbolçularını sorğu-sual etdi

Azərbaycan futbolunda oyun alğı-satqı məsələsi gündəmdən düşmür.

32gun.az Offsideplus.az-a istinadən xəbər verir ki, daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.

Bu məlumatı saytımıza açıqlamasında "İrəvan"ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi:

"2 gün öncə futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir".

 

Loading...

Oxşar Xəbərlər