EKONOMİKS 20 XƏBƏR

Dövlət komitəsi konsaltinq şirkətindən kompüter və kondisioner alır

Diasporla İş üzrə Dövlət Komitəsi konsaltinq şirkətindən avadanlıq alır. 
32Gun.az xəbər verir ki, bununla bağlı Komitə ilə "CS Group" MMC arasında satınalma müqaviləsi imzalanacaq. 

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən elandan aydın olur ki, şirkət Komitənin avadanlıq alışı ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 26.013,1 AZN-dir. 
Komitənin alacağı avadanlıqlar isə aşağıdakılardır:
Notebook - 6 ədəd
Monoblok - 5 ədəd
Printer - 3 ədəd
Kondisioner (təsir dairəsi 50-60 kv.metr) - 2 ədəd
Kondisioner (təsir dairəsi 70-80 kv.metr) - 3 ədəd
Şreyder - 3 ədəd
Telefon - 25 ədəd

"CS Group" MMC 2012-ci ildə təsis olunub. Şirkət 2015-ci ilə qədər "RS Computers" MMC adı altında fəaliyyət göstərib. Həmin ildən şirkətin adı dəyişdirilib. 
"CS Group" MMC-nin nizamnamə kapitalı 50 AZN, qanuni təmsilçisi Kazımov Kazım İntiqam oğludur. 
"CS Group" MMC-nin veb-səhifəsində qeyd edilib ki, şirkət kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar şəxslərə mühasibatlıq xidmətlərini, mühasibat uçotunun bərpası üzrə xidmətlər, vergilərlə bağlı konsaltinq xidmətləri, hüquqi xidmətlər (MMC, şirkət və firmaların, xarici, müəssisələrin filiallarının qeydiyyatı və onların müqavilələrin tərtib edilməsi və yoxlanılması) və İR xidmətlərini (kadrlar uçotu) təklif edir.
Göründüyü kimi, "CS Group" MMC kompüter və kondisioner satmır. O zaman bu şirkətin Diasporla İş üzrə Dövlət Komitəsinin avadanlıq alışı ilə bağlı keçirdiyi kotirovka sorğusunun qalibi seçilməsi müsabiqənin şəffaf keçirilmədiyinə şübhələri artırır. Şirkət və komitə ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirilməsi mümkün olmayıb.
Ayxan

Loading...

Oxşar Xəbərlər