İDMAN 20 XƏBƏR

Xavi Xviçanın "Barselona"ya mümkün transferindən danışıb

Barselona"nın baş məşqçisi Xavi katalonların "Napoli"nin gürcüstanlı vingeri Xviça Kvaratsxeliyanı almaq barədə düşündüyünü bildirib.

32gun.az bildirir ki, onun sözlərini "The Times" dərc edib .

“Kvaratsxeliya öz mövqeyində ən yaxşı oyunçulardan biridir. Onunla daha diqqətli olmalıyıq”, - deyə Xavi bildirib.

Qetd üdək ki, 2024-cü ilin qışında mətbuatda Xviçanın "Barselona"ya mümkün transferi barədə xəbərlər yayılmışdı.

Fevralın 21-də Çempionlar Liqasının 1/8 finalında "Barselona" və "Napoli" üz-üzə gələcək. Qarşılaşma Neapolda baş  tutacaq.

Keçmiş “Rubin” futbolçusu Xviça Kvaratsxeliya 2022-ci ilin iyulunda “Dinamo”dan ( Batumi ) “Napoli”yə keçib. Futbolçu mart ayında Kazan komandasından təlim-məşq toplanışı üçün Gürcüstan millisinə yollanıb və geri qayıtmayıb. Daha sonra "Rubin" futbolçu ilə müqavilənin dayandırıldığını açıqlayıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər