İDMAN 20 XƏBƏR

Mbappe nömrəni “Real”ın əfsanəsindən alacaq

2024-cü ilin yayında Fransa PSJ-ni tərk edərək "Real"a (Madrid) keçəcək 25 yaşlı hücumçu Kilian Mbappe yeni komandasında 10 nömrəni alacaq.

32gun.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb .

"Real Madrid, Alfredo Di Stefano və Karim Benzema kimi əfsanələrin geyindiyi 9 nömrəyə sahibdir , lakin bütün əlamətlər 17 yaşlı hücumçu Endrikin bu nömrəni alacağıdır" deyə "Marca" bildirib.

"Mbappe heç vaxt nə PSJ-də, nə də Fransa millisində 9 nömrə geyinməyib .

O, 2018-ci ilin iyul ayından PSJ-də yeddi, millidə isə 10 nömrəni geyinir. "Real" Madriddə 10 nömrə Luka Modriçə məxsusdur, lakin onun müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır və o, onu yeniləmək niyyətində deyil.

Bu səbəbdən 10 nömrə Mbappe üçün ən çox ehtimal olunan variantdır. Bu nömrə ilə o, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub"- deyə nəşr qeyd edib.

Ayxan

 

Loading...

Oxşar Xəbərlər