SİYASƏT 20 XƏBƏR

“Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb”

Azərbaycan dövlətin sülh yolu ilə inkişafına diqqət yetirəcək, Ermənistanla müharibə başa çatıb.
32gun.az TASS-a istinadən xəbər verir ki , bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib .

“Azərbaycanın Ermənistan ərazisinə iddialı olması ilə bağlı bəzi lazımsız söz-söhbətlər dolaşır . Beləsi yoxdur. Bizim üçün müharibə bitdi, işğal bitdi. Biz dövlətimizin əmin-amanlığına və inkişafına diqqət yetiririk”, - deyə Hacıyev bildirib.

O, həmçinin əlavə edib ki, ölkələr arasında sülh hökm sürür və son beş ay iki dövlətin sərhədində baş vermiş insidentdən başqa heç bir böyük insident yaşanmadan keçib.
Ayxan 

Loading...

Oxşar Xəbərlər