SİYASƏT 20 XƏBƏR

“Qazaxın kəndlərinin geri qaytarılması böyük qələbədir” – Millət vəkili

“Qazaxın 4 kəndinin geri qaytarılması ilə bağlı əldə olunan ilkin razılıq Azərbaycan diplomatiyasının və Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətin uğurlu məntiqi nəticəsidir”. 

Bu barədə 32gun.az-a deputat Naqif Həmzəyev son günlərin aktual mövzusu olan Qazaxın 4 kəndinin geri qaytarılması ilə bağlı Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşmadan danışarkən bildirib. 
Deputat əlavə edib ki, bu hadisə Azərbaycanın növbəti qələbəsi kimi dəyərləndirilməlidir. 

“Bilirsiniz ki, Birinci Qarabağ savaşında Azərbaycana məxsus 8 kənd Ermənistan tərəfindən ilhaq edilib. Bu kəndləri azad etmək Azərbaycan üçün saat məsələsidir. Yəni, Azərbaycan həmin kəndləri hərbi yolla geri qaytarmaq istəsə, bunun üçün ordumuza bir neçə saat kifayət edir. Lakin Azərbaycan 44 günlük müharibədən sonrakı mərhələdə problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır. Çünki sülhün əldə olunması ilə bölgədə uzunmüddətli və dayanıqlı sabitliyi təmin edə bilərik.

Bu baxımdan, Azərbaycan Ermənistana şans verdi ki, prosesləri doğru analiz edərək anlasınlar ki, güc tətbiq etmək, yaxud təxribatlar törətməklə yalnız özlərinə ağır zərbə vurmuş olacaqlar.

Proseslər göstərir ki, nəhayət Ermənistanın siyası rəhbrəliyi baş verənlərdən düzgün nəticə çıxararaq ilhaq olunmuş ərazilərin qaytarılmasına razılaşıb. İlkin mərhələdə 4 kənd, daha sonra digər ərazilər qaytarılacaq. 
Bu da əlbəttə ki, Azərbaycanın böyük qələbələrindən biridir”, - deyə Naqif Həmzəyev bildirib. 

Depuat həmçinin qeyd edib ki, məsələ kəndlərin qaytarılması ilə bitmir. Onun sözlərinə görə, rəsmi İrəvan Zəngilanla Naxçıvan arasında quru əlaqəsinin təmin edilməsi ilə bağlı işlərə başlamalı olacaq: “Bu, Ermənistanın öhdəliklərindən biridir.

Daha sonrakı mərhələdə isə Zəngəzur dəhlizi vasitəsilə enerji resurslarının daşınması və Ermənistanın da gələcəkdə bu şəbəkəyə qoşulma ehtimalı mümkündür. 

Ümid edirəm ki, Ermənistan verdiyi sözü tutacaq və təxribata meylli, revanşist qüvvələrin baş qaldırmasına, danışıqlara kölgə salmasına imkan verməyəcək. Proseslər göründüyü kimi cərəyan edəcəyi təqdirdə mayın sonlarına yaxın daha xoş xəbərlər eşidə bilərik. Bəlkə də sülhlə əlaqədar ilkin sənədlərin nimzalanması baş tuta bilər. 

Bir sözlə Azərbaycanın Ermənistanı sülhə məcburetmə siyasəti uğurla həyata keçirilir. Ermənistanı qızışdıran qüvvələrin olmasına baxmayaraq Azərbaycan mövqeyindən geri çəkilmir. 
Bütün bunlar da əlbəttə ki, Prezident İlham Əliyevin diplomatik məharəti, uğuru və qələbəsidir”. 

Ayxan 

Loading...

Oxşar Xəbərlər