İDMAN 20 XƏBƏR

Rusiyalı tennisçilərin Olimpiya Oyunlarında iştirakına icazə verilib

Rusiya və Belarus tennisçilərinin Parisdə keçiriləcək Olimpiya Oyunlarında neytral statusda yarışmasına icazə verib.

32gun.az xəbər verir ki, bu qərar Beynəlxalq Tennis Federasiyası (ITF) rəsmi saytında yayımlanıb 

İdmançılar həm tək, həm də qoşa yarışlarda iştirak etmək imkanı əldə edəcəklər.

Rusiya və belaruslar əvvəllər Beynəlxalq Olimpiya Komitəsinin (BOK) tərtib etdiyi neytral idmançı prinsiplərinə əməl etsələr, 2024-cü il Olimpiadasında yarışa biləcəklər.

Parisdə Olimpiya Oyunları 2024-cü il iyulun sonunda başlayacaq.

2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK-un İcraiyyə Komitəsinin martın 28-də keçirilən iclasında idmançıların hərbi əməliyyatların dəstəklənməsində fəal iştirak etmədiyi təqdirdə ruslara neytral statusun verilməsi tövsiyə olunub.

Rusiyalı tennisçilər Wimbledon 2022-ni buraxdılar və daha sonra 2023-cü il turnirinə geri qaytarılıb.

Ayxan

Loading...

Oxşar Xəbərlər