İDMAN 20 XƏBƏR

Baş məşqçi Vəliyevanın millidən uzaqlaşdırılmasına görün nə deyib

SSRİ-nin fiqurlu konkisürmə üzrə əməkdar məşqçisi Tatyana Tarasova Kamilə Vəliyevanın Rusiya millisindən kənarlaşdırılmasına əhəmiyyət vermədiyini bildirib.

32gun.az bildirir ki, o bu barədə Gazeta.Ru-ya müsahibəsində danışıb. 

"Mən Kamilə Vəliyeva ilə bağlı heç bir şərh verməyəcəyəm", - Tarasova bildirib.

Qeyd edək ki, Yanvarın 29-da İdman Arbitraj Məhkəməsi (CAS) Vəliyevanı dopinqdə təqsirli bilib və idmançını diskvalifikasiya edib. O, 2025-ci ilin dekabrına qədər turnirlərdə iştirak edə bilməz. O, həmçinin dövlət konkisürmə meydançalarında məşq edə bilməz.

Fevralın 7-də CAS Vəliyevanın işi ilə bağlı əsaslandırma bəyanatını dərc edib. Qadağan olunmuş trimetazidinlə yanaşı, skaterin qanında icazə verilən üç maddə aşkar edilib. Bunlar ekdisteron, hipoksen və L-karnitindir. CAS sənədinə görə, rusiyalı qadın 2020-2021-ci illər arasında 60-a yaxın dərman və əlavələr qəbul edib.

Rusiyalı idmançı 2022 - ci il Avropa Çempionatının və Pekində keçirilən Olimpiya Oyunlarının qızıl medalından  , həmçinin Rusiya çempionu titulundan məhrum edilib .

Ayxan

Loading...

Oxşar Xəbərlər