SOSIAL

"Azərbaycanla üz-üzə danışsaq belə, Türkiyənin varlığını hiss edirik" - Paşinyan

Azərbaycanla üz-üzə danışsaq belə, Türkiyənin varlığını görür və hiss edirik. 

32gun.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, Türkiyə ilə münasibətlərdə mühüm addımlar atılır: "Biz danışıqlar aparırıq və inanıram ki, Türkiyə prezidenti apardığımız dialoq çox mürəkkəbdir, asan deyil, amma onun olması çox vacibdir. 

Praqada Türkiyə prezidenti ilə pərdəarxası söhbətim oldu, o foto internetdə çıxdı. Fotonun yaratdığı böyük çaşqınlıq, müzakirə, reaksiya və səs-küyü xatırlayıram. Komanda yoldaşlarımızın Ermənistandakı gərginliyini də xatırlayıram. Bəs bunda qəribə nə var? Əksinə, qəribədir ki, bir-biri ilə sərhəd olan iki ölkənin bir-biri ilə dialoqu yoxdur. Təsəvvür edin ki, qərar qəbul etmək, gedib Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmək nə qədər zəhmət tələb edir. Ermənistan və Türkiyə liderləri arasında telefon danışığı çox adi bir şey olmalıdır".

Paşinyan qeyd edib ki, Ermənistan Türkiyəni qonşu ölkə kimi deyil, Azərbaycanla münasibətlərdə vasitəçi kimi qəbul edir. Unikal

Loading...

Oxşar Xəbərlər