İDMAN 20 XƏBƏR

Mbappe kababxananı məhkəməyə verəcək

Fransa milli komandasının və PSJ-nin hücumçusu Kilian Mbappe Marseldən bir kababxananı məhkəməyə vermək istəyir.

32gun.az bildirir ki, bu barədə RMC Sport məlumat yayıb .

Mənbənin sözlərinə görə, hücumçunun vəkilləri qeyd ediblər ki, qurum futbolçunun icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə edir. Bildirilir ki, kabab mağazasının menyusunda “Mbappenin kəllə sümüyünün yuvarlaq forması” kimi təsvir edilən bulka ilə kabab var. Restoranın menyusunda digər fransız futbolçu Dimitri Payetin adından da istifadə olunur.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.

Nilay

Loading...

Oxşar Xəbərlər