DÜNYA 20 XƏBƏR

İsrail hakimiyyəti Hizbullaha sarsıdıcı zərbə vuracağına söz verib

İsrail Livanın Hizbullah şiə qruplaşmasına ultimatum verərək, atəşin davam edəcəyi təqdirdə “sarıcı zərbə” ilə hədələyib.

32gun.az xəbər verir ki, bu bəyanatla İsrail baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib, müvafiq video  İsrail hökumətinin Telegram kanalında dərc olunub.

Müşavir bildirib ki, İsrail Müdafiə Qüvvələrinin ( İDF ) ölkənin şimalında yerləşən bölmələri hazırlıqlarını tamamlayıb.

“Əgər yaraqlılar yaxın günlərdə atəşi dayandırmasalar və Litani çayına qədər mövqelərini tərk etməsələr, İsrail şimal sərhədlərimizə sülhü, vətəndaşlarımızı isə evlərinə qaytarmaq üçün güc tətbiq etməyə hazırdır”, - Gendelman yekunlaşdırıb.
Ayxan 

Loading...

Oxşar Xəbərlər