DÜNYA 20 XƏBƏR

Fransa Ukraynada hərbi əməliyyatlarda təşəbbüs göstərməyəcək

Prezident Emmanuel Makron Fransanın təşəbbüs göstərməyəcəyini və Ukraynaya hücuma keçməyəcəyini bildirib.

32gun.az bildirir ki, Fransa lideri Emmanuel Makron "France 2" telekanalına müsahibəsində bildirib.

Fransa Ukraynada hərbi əməliyyatlarda heç vaxt liderlik etməyəcək.

Makron, fransız əsgərlərinin hansı şərtlərlə Ukraynaya göndərilə biləcəyi sualına cavab olaraq, Fransanın heç vaxt hücum hərəkəti etməyəcəyini bildirib.

Prezidentin sözlərinə görə, Fransanın müdafiə sənayesi heç bir proqnozda görünməyən yüksək intensivlikli döyüşlərə uyğunlaşdırılmayıb.

Makron əlavə edib ki, Ukrayna münaqişəsi bütün Avropa və Fransa üçün ekzistensial əhəmiyyət kəsb edir. Rusiya qalib gəlsə, fransızların həyatı dəyişəcək, çünki artıq təhlükəsizlik olmayacaq və Avropanın nüfuzu sıfıra enəcək.

Prezident etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə çətinliklər yaşayır və əks-hücum gözlənildiyi kimi keçməyib.

Ayxan

Loading...

Oxşar Xəbərlər