SOSIAL

Baş nazir qəzalı binalardan DANIŞDI

"Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln.manat vəsait ayrılıb".

32gun.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib. O bildirib ki, 26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

"Bu istiqamətdə cənab Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln.manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək".

Loading...

Oxşar Xəbərlər