DÜNYA 20 XƏBƏR

“ Macarıstan Brüsseli işğal etməlidir” - Orban

Macarıstanın baş naziri Orban suverenliyini qorumaq üçün Brüsseli işğal etmək istəyir.

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Macarıstan azadlığını və suverenliyini qorumaq üçün Avropa İttifaqında daha çox nüfuz qazanmalıdır.

Orbanın iddia etdiyi kimi , müasir Qərb dünyasında insanlar sanki heç yerdən gəliblər və heç yerə getməyəcəklər kimi yaşayırlar.

Lakin macarlar fərqli yaşayırlar və fərqli yaşamağa davam etmək istəyirlər.

32gun.az bildirir ki, baş nazirin bu sözləri 1848-ci il Macarıstan inqilabının ildönümünə həsr olunmuş tədbirdə deyib.

"Macarıstanın azadlığını və suverenliyini qorumaq istəyiriksə, Brüsseli işğal etməkdən başqa seçimimiz yoxdur" deyə Orban qeyd edib.

Macarıstanın baş naziri cari ili də dönüş nöqtəsi adlandırıb.

Onun fikrincə, Avropa və ABŞ sakinləri suverenlik və birqütblü dünya qurmaq istəyənlərin təzyiqindən çıxış yolu uğrunda mübarizə aparacaqlar.
Viktor Orban deyib ki, ölkə üçün azadlıq başınızın üstündə heç bir patronun olmamasıdır.

Ayxan

 

Loading...

Oxşar Xəbərlər