DÜNYA 20 XƏBƏR

Seçdiyi film insanın xarakterinin hansı keyfiyyətlərini üzə çıxarır

Qorxu və döyüş filmlərinin pərəstişkarları daha çox açıqlıq və ünsiyyətcillik nümayiş etdirirlər, elmi-fantastik filmlərə üstünlük verən insanlar isə narsisistik şəxsiyyət xüsusiyyətlərini nümayiş etdirirlər.

32gun.az bildirir ki, bu barədə “Daily Mail” nəşri İspaniyanın Lleyda və  ABŞ -ın Corciya Universitetinin alimlərinin araşdırmalarına istinad edərək  məlumat yayıb .

Corciya Universitetinin alimlərinin araşdırmasına görə, özünü ifadə etməyə və tanınmağa güclü ehtiyacı olan yaradıcı insanlar çox vaxt elmi fantastika filmlərinə cəlb olunurlar. Həmçinin, bu janrın pərəstişkarları narsisistik şəxsiyyət xüsusiyyətlərini nümayiş etdirə bilərlər.

Corciya Universitetinin alimlərinin fikrincə, döyüş və qorxu filmlərini sevmək insanın mahiyyətcə qəddar olması demək deyil. Onların araşdırmaları göstərdi ki, əksinə, bu janrlara üstünlük vermək çox vaxt ekstraversiya (xarici aləmə maraq), ünsiyyətcillik və razılıq ilə əlaqələndirilir. İspan alimləri həmçinin aşkar ediblər ki, qorxu filmlərinin pərəstişkarları xəbər proqramlarını “olduqca darıxdırıcı” hesab edərək çox vaxt izləmirlər.
Ayxan 

Loading...

Oxşar Xəbərlər