DÜNYA 20 XƏBƏR

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

32gun.az xəvər verir ki, bu barədə Kremlin saytında məlumat verilib .

Kremlin mətbuat xidmətindən verilən məlumata görə  , Ərdoğan Putini Rusiya Federasiyasında keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə ürəkdən təbrik edib  və ona Rusiya xalqının rifahı naminə hökumət fəaliyyətində yeni uğurlar arzulayıb.

Tərəflər, həmçinin iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı maraqları naminə daha da sıx əməkdaşlıq etmək üçün qarşılıqlı istəklərini ifadə ediblər. Bundan əlavə, dövlət başçıları beynəlxalq sabitliyin və təhlükəsizliyin, o cümlədən Qara dəniz regionunun möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Onlar həmçinin müxtəlif formatlarda dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Martın 18-də Rusiya Federasiyası prezidentinin Türkiyəyə səfərinə hazırlıqların Ərdoğanın tapşırığı ilə əlaqədar idarələrə aparıldığı bildirilib .
Ayxan

Loading...

Oxşar Xəbərlər