MƏDƏNİYYƏT - ŞOU 20 XƏBƏR

Aktyorun keçmiş həyat yoldaşı özünə yeni sevgili tapdı - FOTO

Türkiyənin  məşhur aktyoru Buğra Gülsoy keçmiş həyat yoldaşı Nilüfer Gürbüz özünə yeni sevgili tapıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, Gürbüz Bahadır Gürceerlə eşq yaşamağa başlayıb.

Gürbüz Bahadır Gürceerlə çəkdirdiyi pozaları İnstaqram hesabında ürək emojisi ilə paylaşıb. Paylaşım məşhurun  pərəstişkarlarından çoxsayda bəyənmə və şərhlər alıb.

Qeyd edək ki, Şəxsi həyatlarını diqqət mərkəzindən uzaq yaşamağa üstünlük verən Buğra Gülsoy və Nilüfer Gürbüz 5 illik evliliklərini 1 mart 2023-cü ildə bitirib. Gülsoy və Gürbüzün 4 yaşlı oğlu Cemin qəyyumluğu anada qalıb.

Nilüfer Gürbüz İzmirin tanınmış ailələrindən birinin qızıdır. Gürbüzün atası Karşıyakadan olan Məhərrəm Gürbüz  Karşıyaka komandasının əfsanələrindəndir. Bir müddət Milli Komandada da çıxış edən 61 yaşlı ata Gürbüz hazırda məşqçilik karyerasını davam etdirir. 

Nilay

Loading...

Oxşar Xəbərlər