KRİMİNAL

"Azəriqaz"ın direktor müavininin qohumu obyekt sahibinə qumbara çəkdiyi üçün həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun məhkəmə prosesinin hazırlıq iclası təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmə prosesində iştirak etmədiklərinə görə təxirə salınıb.

32gun.a "Unikal"a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirililən şəxslərin cinayət işində 3 nəfər- Abdullayev Şirin Tapdıq oğlu, Quliyev Emin Faiq oğlu və Şıxıyev Rasim Bəyoğlan oğlu zərərçəkmiş qismində tanınıb. 

İttiham aktına görə, zərərçəkmiş Şirin Abdullayev Bakı şəhərində bir neçə masaj salonunun sahibidir. Bayram Aslanovda bir müddət onun obyektlərində ofisiant, barmen, sonra isə Şirin Abdullayevin obyektlərindən birini icarəyə götürüb işlədib. Sonuncu dəfə isə Play sağlamlıq mərkəzində Şirin Abdullayevə obyekti partlatmaq məqsədi ilə qumbara çəkərək 50 min manat pul tələb edib. 

Qeyd edək ki, təqsirləndirilən Bayram Aslanov əvvəllər 2 dəfə məhkum olunub, həmin cinayət işlərinin birindən isə bəraət alıb. 

Digər təqsirləndirilən Rəşad Quliyev isə əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşayıb. 

Xatırladaq ki, Bayram Aslanov "Azəriqaz" İB-nin direktor müavini Cahid Hüseynovun yaxın qohumudur.  

Loading...

Oxşar Xəbərlər