SİYASƏT

“Qazaxın 7 kəndinin qaytarılma istiqamətində irəliləyiş var” - Arzuman Abdulkərimov

"Bildiyiniz kimi, 1990-cı ilin bu günlərində martın 23-dən 24-nə keçən gecə erməni Silahlı Qüvvələri Qazaxın Bağanis Ayrım kəndinə hücum etdilər, insanlığa zidd olan kütləvi qırğın törətdilər.

Bir gecədə 10 nəfəri qətlə yetirdilər, 15 nəfər yaralandı. İnsanlar öz yurdlarından qaçqın düşdülər.

Həmin kəndlər ermənilər tərəfindən darmadağın edildi. Bir ailənin 5 üzvü diri-diri yandırılmışdı. Bu da bəşəriyyətə qarşı törədilmiş ən böyük faciələrdən biri idi.

Qeyd edim ki, Qarabağ nüharibəsinin fonunda ermənilərin ilk işğal etdiyi Azərbaycan kəndi Bağanis Ayrım kəndi oldu".

32gun.az xəbər verir ki, "Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, siyasi şərhçi Arzuman Abdulkərimov "Real TV"nin canlı efirində qonaq olarkən Qazaxda erməni silahlı qüvvələrinin 1990-cı ildə törətmiş olduğu faciənin tarixini xatırladıb.

A.Abdulkərimov vurğulayıb ki, Qazaxın 7 kəndinin qaytarılma istiqamətində irəliləyiş var.
“Ermənilər bu 7 kəndi işğal etməklə Qazaxın özünü nəzarətə götürməkmistədilrə.
Çünki bu kəndlər ən strateji yerlərdəndir. Ermənilər bu işğalla zonası yaratmaq istəyirdilər.
Eyni zamanda işğal etdikləri kəndlər yüksəkliklərdir, çox strateji mövqelərdir. 
Bundan əlavə Ermənistanın Gürcüstana olan çıxışlarından biridir.
Oradan Gürcüstanın Marneuli rayonuna qədər uzanan yol var orada. 
Xeyrimli, Bağanis Ayrım Aşağı Əskipara ilə Barxudarlı, Soflu yolu ilə Gürcüstana keçir.
Bu gün ermənilər  düşünür ki, 7 kəndi qaytarmaqla burada da problemlə üzləşəcəklər. 
Yenə qeyd edirəm, o baxımdan ermənilər bu yerləri 90-cı illərdə işğal edəndə Qazaxın özünü nəzarətə götürmək istəyirdilər. Çünki o yerlər hərbi strateji cəhətdən çox əlverişlidir.
Bütün bu sıbəblər üzündən ermənilər hələ də o yerlərdən geri çəkilmək istəmirlər.
Bu səbəbdən, butadan Rusiyadan, Livandan, digər ölkələrdən muzdlu erməniləri köçürüb məskunlaşdırıblar.
Hətta bu qeyri-qanuni məskunlaşma ilə bağlı ciddi maliyyə ayrılıb.
Bu gün bu kəndlərdə müqavimət göstərənlər, dünyanın müxtəlif yerlərindən gətirilmiş həmin o muzdlu ermənilərdir.
Bildiyiniz kimi 10 noyabr bəyanatında fa Qazaxın 7 kəndinin adı vardı. Hətta bu ən yüksək kürsülərdən də səsləndirildi.
Lakin sonradan Paşinyanın ziqzaqvari “manevrləri”, məsuliyyətsiz bəyanatları, gətirib bu vəziyyətə çıxardı.
Qazaxın 3 kəndi anklav ərazi hesab olunur.
Düzdür bu SSR dövründə yaradılmış bir problem idi, eyni zamanda Kərki kəndi ilə bağlı da bu problem yaradılmışdı.
Zəngəzur ərazisi həmçinin…
Sovetlər bunu gələcəkdə özlərinin xeyrinə münaqişə zoması yaratmaq üçün bunu etmişdilər. Qazaxın da həmin o 3 kəndi üçün bunu ediblər” -deyə  A.Abdulkərimov bildirib.

Sisasi şərhçi Ermənistan baş naziri Paşinyanın “kəndlərin qaytarılması yox, müəyyən ərazilərin verilməsindən söhbət gedir” kimi açıqlamasına da toxunub:
“10 noyabrda bu məsələlər həllini tapmışdı.
Ermənistan-Azərbaycan dövlətlər arası kommisiyanın bu günə qədər ən az 5 görüşü keçirilib. Şahin Mustafayevin rəhbərliyi ilə keçirilən görüşlər elə Qazax ərazisində baş tutub.
Ümumi razılığa gəlinən məsələlər var.
4 kəndlə bağlı Ermənistan tərəf oradan könüllü şəkildə çıxacaq.
Lakin cənab Prezident İlham Əliyevi. çıxışdan sonra Paşinyan  bəyanat verdi ki, bizim o kəndlərlə bağlı heç bir fikrimiz yoxdur.
Bu kəndləri Ermənistan torpağı kimi qələmə verdi.
Bundan bur neçə gün öncə Tavuş bölgəsinə gələrək orada erməni sakinlərlə görüş keçirdi.
Bildirdi ki, biz bu kəndləri bu həftə sonuna qədər qaytarmasaq müharibə olacaq.
Burada Paşinyanın həm məsuliyyətsizliyi göz önündədir,
İkinci məsələ daxili auditoriyaya oynamaqdır.
Üçüncüsü isə oradakə erməni sakinlərini bu məsələyə şərik etməkdir.
Ermənistan tərəfi, Paşinyan çox yaxşı bilir ki, Azərbaycan bu məsələdə israrlıdır, bir qarış da torpağını güzəştə getməyəcək.
Yəni verməsələr alacağıq…
Paşinyan Tavuşa gedib çıxışı ilə özünün atdığıaddımlara şərik etmək istəyir”.
Arzuman Abdulkərimov əminliklə vurğulayıb ki, yaxın zamanda biz həmin o kəndləri geri alacağıq:
“Tarixən bizim olan kəndləri aldıqda o yüksəkliklər bizim olacaq. Ermənilər bu kəndlər vasitəsi Gürcüstana çıxışlarını itirəcəkləri üçün narahatdırlar.
Onların narahatçılığı o demək deyil ki, biz tarixi torpaqlarımızdan keçməliyik.
Bu səbəbdən də düşünürəm ki, ilkin olaraq bu 4 kəndin məsələsi ən qısa zamanda həllini tapmalıdır.
Əks halda seçim ermənilərindir. Hərb yolu ilə də olsa, antiterror məsələsi gündəmə gələ bilər.
Azərbaycan tərəfi maksimum istəyir ki, kındlər hərb yolu ilə yox, sülh yolu ilə həllini tapsın”.
Siyasi şərhçi Başkənd məsələsinə toxunub:
“Başkənd tarixi Azərbaycan torpağıdır.
Göyçə mahalından gələn qaçqınların da çoxu ora yerləşdirilib.
Azərbaycan Ordusu 1992-ci ildə ora daxil oldu.
Paşinyan da bu məsələlər üzərindən manipuliyasiya edir.
Bu da hökmətlər arası kommisiyaların danışıqlarından asılı olacaq".

Ayxan

Loading...

Oxşar Xəbərlər