DÜNYA

Terrorçuların olduğu avtomobil belə saxlanılıb (FOTO)

“Crocus City Hall”da terror aktı törətmək şübhəli bilinən şəxslərin qaçdıqları avtomobil Ukrayna ilə sərhəd Bryansk vilayətində saxlanılıb.

"32gun.az" xəbər verir ki, terrorda şübhəli bilinən şəxslərin qaçdığı avtomobilin saxlanmasının təfərrüatları barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Belə ki, terrorda şübhəli bilinən şəxslərin olduğu ağ rəngli “Renault” Bryansk vilayətinin Karaçinsk rayonunun Xatsun kəndi ərazisində saxlanılıb. Terrorçulardan bir nəfərinin hadisə yerinə saxlanıldığı, digərinin isə bir qədər sonra yaxalandığı bildirilib. Qalan şübhəli şəxslərin isə meşədə gizləndiyi qeyd olunub.

Onların avtomobilindən “PM” markalı tapança, “AKM” avtomatı, güllə daraqları Tacikistan vətəndaşının pasportu aşkarlanıb.

“Baza” Teleqram kanalı Bryanskda saxlanılan şəxslərdən Muxammadsobir Fayzovun fotosunu yayıb.

Loading...

Oxşar Xəbərlər