DÜNYA 20 XƏBƏR

ABŞ hərbi kontingentinin bir hissəsini Çaddan çıxaracaq

Pentaqon Amerika hərbi kontingentinin bir hissəsini Çaddan çıxarmaq niyyətini təsdiqləyib.

32gun.az bildirir ki, bu barədə TASS ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Patrik Rayderə istinadən məlumat yayıb.

ABŞ-ın Afrika Komandanlığı ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarmağı planlaşdırır" deyə Rayder bildirib. 

Pentaqonun sözçüsü deyib ki, müvəqqəti addım Çadda may ayında keçiriləcək prezident seçkilərindən sonra bərpa olunacaq “hərbi əməkdaşlığın nəzərdən keçirilməsinin elementi”dir.

Bir gün əvvəl ABŞ Afrika ölkələrinin qitədəki hərəkətlərindən bezdiyini etiraf edib.

Ayxan 

Loading...

Oxşar Xəbərlər